“Turan Tovuz” Antalya toplanışını inamlı qələbə ilə yekunlaşdırdı

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün Antalyadakı hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı əyalət təmsilçisi Qazaxıstanın “Jetısu” komandası ilə üz-üzə gəlib.

Məşqçilər korpusu bu oyunda aşağıdakı heyəti meydana buraxıblar:

Əsas heyət: 1. Tərlan Əhmədli, 33. Eltun Turabov, 4. Şəhriyar Əliyev (k), 3. Tərlan Quliyev, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 10. Xəyal Nəcəfov, 5. Denis Marandiç, 11. Ayxan Hüseynov, 17. Natan Oduva, 19. Runi Eva.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 55. Xiyanda Xulu, 60. Səbayıl Bağırov, 7. Ehtiram Şahverdiyev, 21. Abbas Ağazadə, 99. Veysəl Rzayev, 23. Henri Okebuqvu.
Baş məşqçi: Ayxan Abbasov.

Antalyanın Belek qəsəbəsində baş tutan bu oyunda Tovuz klubu qələbə qazanan tərəf olub – 2:0. Azərbaycan təmsilçisinə qələbə qazandıran qolları 20-ci dəqiqədə Ayxan Hüseynov və 44-cü dəqiqədə Denis Marandiç vurublar.

Xatırladaq ki, tovuzlular daha öncə Antalyada Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzmuş, İsveçrənin “Aarau” kollektivinə isə 1:0 qalib gəlmişdilər.

Bununla da Türkiyədəki təlim-məşq toplanışını başa vuran “Tovuz” sabah – yanvarın 18-də vətənə qayıdacaq.