Futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.
Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Xatırladaq ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 21-də Tovuz şəhər stadionunda baş tutacaq. Qarşılaşmaya saat 18:00-da start veriləcək.
Tovuz klubu 6 turdan sonra topladığı 14 xalla Premyer Liqanın yarış cədvəlinin vahid lideridir. Naxçıvan təmsilçisi isə 5 oyuna topladığı 10 xalla 4-cüdür.