Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Fevralın 16-da Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununa saat 16:00-da start veriləcək.