“Turan Tovuz” Belaydi Pusi ilə müqavilə bağladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, əyalət təmsilçisi albaniyalı hücumçu Belaydi Pusini heyətinə qatıb.

Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə tovuzlularla 6 ay + 1 il müddətinə rəsmi müqavilə bağlayıb. Bu mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

Belaydi Pusi peşəkar karyerasına “Vlajniya”da başlayıb. Məhz bu klubun yetirməsi olan hücumçu 2020-ci ildən “Skenderbeu”nun uğurları üçün çalışırdı. Pusi Albaniya klubunda 87 oyuna çıxıb. O, bu görüşlərdə 15 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub. Hücumçu cari mövsümdə meydana çıxdığı 12 oyunda 6 qola imza atıb.

Xatırladaq ki, “Turan Tovuz” Belaydi Pusidən öncə Moldova yığmasının müdafiəçisi Denis Marandiçi heyətinə qatmışdı.