“Turan Tovuz” Ehtiram Şahverdiyevlə gücləndi

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” heyətinə daha bir futbolçu cəlb edib. Arena.az xəbər verir ki, Tovuz təmsilçisi yarımmüdafiəçi Ehtiram Şahverdiyevi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq “Qəbələ”nin formasını geyinmiş oyunçu ilə 1 illik müqavilə imzalanıb. Əyalət klubunun yetirməsi olan oyunçu ilə müqaviləyə bu yay xitam verilmiş və futbolçu azad agent statusu almışdı. 25 yaşlı vinger 2017-2019-cu illər aralığında “Sumqayıt”ın da formasını geyinib. Ehtiram Azərbaycan U-21 yığmasının da üzvü olub.

“Turan Tovuz” daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Veysəl Rzayev, Şakir Seyidov, Turan Vəlizadə və Eltun Turabovu da heyətinə qatmışdı.