Futbol üzrə Azərbaycan Premyer Liqanın 11-ci turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletləri bu gündən etibarən Tovuz stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, “Turan Tovuz” – “Kəpəz” matçı oktyabrın 25-də Tovuz şəhər stadionunda keçiriləcək. Oyuna saat 19:00-da start veriləcək.


