Yeni mövsümə hazırlığı davam etdirən “Turan Tovuz” və “Kəpəz” komandaları bu gün yoxlama görüşündə üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, Tovuz və Gəncə təmsilçiləri Qəbələ şəhərində qarşılaşıblar.
Qəbələ şəhər stadionunda baş tutan matç Tovuz təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində Oto Con dubla imza atıb. Digər qolları isə Aleks Souza və Sadiq Şəfiyev vurublar.
Xatırladaq ki, Kurban Berdiyevin çalışdırdığı “Turan Tovuz” yay toplanışı çərçivəsində keçirdiyi ilk sınaq matçında 2-ci Liqa təmsilçisi “Şəmkir”i də 13:0 hesabı ilə məğlub etmişdi.
“Kəpəz” üçün isə bu qarşılaşma hazırlıq çərçivəsində ilk sınaq olub. Adil Şükürovun komandası iyulun 15-də Premyer Liqanın digər təmsilçisi “Şamaxı” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək matça saat 17:30-da start veriləcək.