“Turan Tovuz” yeni baş məşqçisi, türkmənistalı mütəxəssis Kurban Berdıyevin məşqçilər heyətinin tərkibi müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçi Kurban Berdıyevə Cavid Hüseynov və Andrey Matsyura kömək edəcəklər. Yakov Erlix fiziki hazırlıq üzrə, Yevgeni Şetinin isə qapıçıların hazırlığı üzrə məşqçi vəzifəsini icra edəcəklər.
“Turan Tovuz”a ötən mövsüm Ayxan Abbasov rəhbərlik edirdi. Klub rəhbərliyi bu yay onu istefaya göndərərək baş məşqçi postuna Kurban Berdıyevi gətirmişdi. 71 yaşlı mütəxəssis Azərbaycan klubu ilə iyunun 25-də 2+1 illik müqavilə imzalayıb.