“Turan Tovuz”un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb.
Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müasir standartlara cavab verən sistem son sınaqlardan uğurla keçib.
Açıqlamada o da qeyd olunub ki, Azərbaycan Premyer Liqasının 10-cu turunun “Turan Tovuz” – “Qarabağ” oyunu süni işıqlandırma ilə keçiriləcək. Oktyabrın 20-də baş tutacaq bu oyuna saat 18:30-da start veriləcək.