“Turan Tovuz” Sadiq Quliyev ilə bağlı qərarını açıqladı

2023/2024 mövsümü üçün heyətini formalaşdırmağa davam edən “Turan Tovuz” müdafiəçisi Sadiq Quliyev ilə bağlı qərar verib.

Arena.az xəbər verir ki, əyalət klubu 28 yaşlı futbolçu ilə müqavilənin müddətini daha 1 il artırıb.

Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, mərkız müdafiəçisi ilə yeni müqavilə 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulub.

Xatırladaq ki, Sadiq Quliyev 2022-ci ilin iyul ayından formasını geyindiyi “Turan Tovuz”la bir illik müqavilə bağlamışdı. Onun əvvəlki sözləşməsi bu ayın sonunda bitirdi. Müdafiəçi Tovuz təmsilçisində 25 oyun keçirib, 1 qol vurub. O, daha öncə “Qəbələ” və “Zirə”də də oynayıb, Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinib.

“Turan Tovuz”da daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Ayxan Hüseynov və Tərlan Quliyevlə də yeni müqavilə imzalanmışdı. Henri Okebuqvu isə Tovuz təmsilçisindən ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: