“Turan Tovuz” Tərlan Quliyevi də transfer etdi

Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” heyətini yeni futbolçularla gücləndirməyə davam edir. Arena.az xəbər verir ki, əyalət təmsilçisi Azərbaycan millisinin sabiq müdafiəçisi Tərlan Quliyevi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son iş yeri “Şamaxı” olan 30 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Mərkəz müdafiəçisi olan Tərlan Quliyev peşəkar karyerasına “Neftçi”də başlayıb. O, karyerası ərzində “Sumqayıt”, “Qarabağ” və “Kəpəz”də də forma geyinib. Azərbaycan millisində 7 oyun keçirmiş futbolçu, 1 qol da vurub.

“Turan Tovuz” bu gün “Şamaxı”dan ayrılan qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevlə də 1 illik müqavilə imzalandığını açıqlamışdı. Tovuz klubu son klubu “Sumqayıt” olan qapıçı Tərlan Əhmədlini də heyətinə qatıb.

Xəbəri istədiklərinizlə paylaşın