Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” heyətinə daha bir futbolçu cəlb edib. Arena.az xəbər verir ki, əyalət klubu “Neftçi”nin yarımmüdafiəçisi Turan Vəlizadəni icarəyə götürüb.
Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gənc futbolçu icarə əsasında 1 il bu komandanın şərəfini qoruyacaq.
Turan Vəlizadə “Neftçi”nin yetirməsidir. O, daha öncə “Əlincə, “Fənərbaxça” və “Qarabağ”ın da aşağı yaş qrupları üzrə komandalarında forma geyinib. 21 yaşlı yarımmüdafiəçi 2020-ci ildə “Keşlə” (indiki “Şamaxı”) tərəfindən də icarəyə götürülmüşdü. Turan Vəlizadə Azərbaycanın U-21 yığmasında da forma geyinib.
“Turan Tovuz” bu gün “Sabah”dan Veysəl Rzayev və Şakir Seyidovu da icarəyə götürdüyünü açıqlamışdı. Tovuz klubu həmçinin Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev və Tərlan Quliyevi transfer edib.


