“Turan Tovuz” Türkiyədə “Şiofoka”a məğlub oldu

2023/2024 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün Antalyada növbəti yoxlama görüşünü keçirib.

Arena.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov komandasını Macarıstan təmsilçisi “Şiofok”la matçda sınayıb.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 2:0.

Tovuz klubu bu gün daha bir sınaq matçına çıxacaq. Sözügedən komanda Bakı vaxtı ilə saat 17:00-da Özbəkistanın “Nasaf” kollektivi ilə görüşəcək.

Xatırladaq ki, tovuzlular Antalyadakı ilk sınaq matçında Rumıniya təmsilçisi “Voluntari”yə də 0:2 hesabıyla uduzmuşdular.