Premyer Liqaya hazırlaşan “Turan Tovuz” heyətinə daha bir futbolçu cəlb edib. Arena.az xəbər verir ki, Tovuz klubu Rusiya Premyer Liqasında mübarizə aparan “Zenit”in yetirməsi Ayxan Hüseynovu transfer edib.
Bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Ayxan Hüseynov “Ural-2”, “Leninqradets” və “Nijni Novqorod”un da formasını geyinib.
“Turan Tovuz” daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, İmeda Aşortiya, Cavid Tağıyev və Piruzi Marakvelidzeni də transfer etmişdi. Tovuz klubu həmçinin “Sabah”dan Veysəl Rzayevlə Şakir Seyidovu, “Neftçi”dən isə Turan Vəlizadə və Xəyal Nəcəfovu icarəyə götürüb.