Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünü 6-cı pillədə başa vuran “Turan Tovuz”un yay hazırlıq planı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komanda iyun ayının 30-da hazırlığın ilk mərhələsi üçün Bakıda bir araya gələcək.
“Turan Tovuz” iyul ayının 13-də Türkiyəyə yola düşəcək. Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsində yerləşən “Cam” otelində məskunlaşacaq komanda ayın 28-nə qədər hazırlığını burada davam etdirəcək.
“Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunları haqqında əlavə məlumat veriləcək.