Futbol üzrə Fransa çempionatında 32-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında lider “Lill” səfərdə “Mets”in qonağı olub. Qonaqlar Türkiyə millisinin üzvləri – Burak Yılmaz və Zeki Çelikin vurduğu qollar sayəsində inamlı qələbəyə seviniblər.
Bu qələbədən sonra “Lill” 69 xalla zirvədə qərarlaşıb və ən yaxın izləyicisi PSJ-ni 6 xal qabaqlayır.
Fransa Liqa 1
32-ci tur
9 aprel
Mets – Lill 0:2
Qol: B.Yılmaz, 60. Z.Çelik, 89.
10 aprel
19:00. Strasburq – PSJ
23:00. Monpelye – Olimpik (Marsel)
11 aprel
15:00. Renn – Nant
17:00. Brest – Nim
17:00. Lans – Loryan
17:00. Nitsa – Reyms
17:00. Sent-Etyen – Bordo
19:05. Monako – Dijon
23:00. Olimpik (Lion) – Anje


