Futbol üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı müəyyənləşib.
Arena.az xəbər verir ki, mayın 27-də Alanyadakı Oba stadionunda baş tutacaq matça Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Canni De Byazinin çalışdırdığı Azərbaycan yığması Türkiyə millisi ilə qarşılaşmadan sonra – iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişinyovda Moldova yığması ilə qarşılaşacaq.


