Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su bu turda Qazaxıstanın “Astana” komandasının qonağı olub. Azərbaycanlı futbolçunun sonadək ehtiyatda qaldığı matçda komandası inamlı qələbəyə sevinib.
Türkiyə təmsilçilərindən “Beşiktaş” doğma meydanda Belçika “Brügge”si ilə üz-üzə gəlib və 5 cavabsız qolla uduzub. “Fənərbaxça” isə “Nordsyelland”la səfər oyununda biabırçı hesabla yenilib.
Qeyd edək ki, Avropa Konfrans Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunları dekabrın 16-da keçiriləcək.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, 5-ci tur
30 noyabr
A qrupu
“Klaksvik” (Farer adaları) – “Slovan” (Bratislava, Slovakiya) 1:2
Qollar: Mikkelsen, 17 – Kuçka, 24; 62.
“Olimpiya” (Sloveniya) – “Lill” (Fransa) 0:2
Qollar: Kabella, 15. Y.Yazıçı, 75.
Xal: Lill – 11. Slovan – 10. Klaksvik – 4. Olimpiya – 3.
B qrupu
“Breydablik” (İslandiya) – “Makkabi” (Təl-Əviv, İsrail) 1:2
Qollar: Eyyolfsson, 61 – Biton, 35. Zahavi, 82.
“Gent” (Belçika) – “Zarya” (Ukrayna) 4:1
Qollar: Fofana, 20. Bataqov, 49-öz qapısına. Orban, 55. Qandelman, 75 – Naqnoyni, 82.
Xal: Gent – 13. Makkabi – 12. Zarya – 4. Breydablik – 0.
C qrupu
“Ballkani” (Kosovo) – “Viktoriya” (Plzen, Çexiya) 0:1
Qol: Şulç, 81.
“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Vidoviç, 48. Kaneko, 79.
Xal: Viktoriya – 15. Dinamo – 6. Astana – 4. Ballkani – 4.
D qrupu
“Beşiktaş” (Türkiyə) – “Brügge” (Belçika) 0:5
Qollar: Nielsen, 4. Tyaqo, 14; 46. Onyedika, 50. Olsen, 69.
“Bodo Qlimt” (Norveç) – “Luqano” (İsveçrə) 5:2
Qollar: Pelleqrino, 40; 78. Fet, 52. Berq, 65. Kapskarmo, 88 – Çelar, 69. Babiç, 86.
Xal: Brügge – 13. Bodo Qlimt – 10. Luqano – 4. Beşiktaş – 1.
E qrupu
“Aston Villa” (İngiltərə) – “Legiya” (Polşa) 2:1
Qollar: Diabi, 4. Moreno, 59 – Muçi, 20.
“Alkmar” (Niderland) – “Zrinski” (Bosniya və Herseqovina) 1:0
Qol: Pavlidis, 59.
Xal: Aston Villa – 12. Legiya – 9. Alkmar – 6. Zrinski – 3.
F qrupu
“Çukariçki” (Serbiya) – “Ferentsvaroş” (Macarıstan) 1:2
Qollar: Adziç, 11 – Zakariassen, 83. Peşiç, 90+8.
“Fiorentina” (İtaliya) – “Genk” (Belçika) 2:1
Qollar: Martines, 45+4. Qonsales, 82-pen – Kayembe, 45.
Xal: Fiorentina – 11. Ferentsvaroş – 9. Genk – 6. Çukariçki – 0.
G qrupu
HJK (Finlandiya) – “Aberdin” (Şotlandiya) 2:2
Qollar: Bande, 16. Hostikka, 33 – Makdonald, 41. Duk, 56.
“Ayntraxt” (Almaniya) – PAOK (Yunanıstan) 1:2
Qollar: Marmuş, 58 – Kedziora, 55. Jivkoviç, 73.
Xal: PAOK – 13. Ayntraxt – 9. Aberdin – 3. HJK – 2.
H qrupu
“Nordsyelland” (Danimarka) – “Fənərbaxça” (Türkiyə) 6:1
Qollar: Hey, 21. Svensson, 25. Niqren, 55; 75; 84. Rasmussen, 66 – Batşuayi, 43.
“Spartak” (Trnava, Slovakiya) – “Ludoqorets” (Bolqarıstan) 1:2
Qollar: Daniel, 78 – Dua, 74. Tissera, 90+5.
Xal: Nordsyelland – 10. Ludoqorets – 9. Fənərbaxça – 9. Spartak – 1.