Türkiyə Kubokunda 1/4 final və yarımfinalın püşkü atıldı

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Arena.az xəbər verir ki, püşkatma mərasiminə 1/4 finala vəsiqə qazanmış 8 komanda – “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Başakşəhər”, “Trabzonspor”, “Fatih Karagümrük”, “Konyaspor” və “Ankaragücü” qatılıblar.

Püşk nəticəsində bu komandalar 1/4 finalda aşağıdakı cütlüklərə bölünüblər:

Trabzonspor – Başakşəhər
Beşiktaş – Konyaspor
Ankaragücü – Fənərbaxça
Qalatasaray – Fatih Karagümrük

Daha sonra yarımfinalda hansı komandaların bir-birinə rəqib olacağına da aydınlıq gəlib:

Ankaragücü/Fənərbaxça – Beşiktaş/Konyaspor
Trabzonspor/Başakşəhər – Qalatasaray/Fatih Karagümrük

Qeyd edək ki, Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları 27, 28 və 29 fevralda baş tutacaq.