Bu gün futbol üzrə Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, püşkatma nəticəsində bütün cütlüklərin adına aydınlıq gəlib.
Püşk turnirin favoritlərindən olan “Fənərbaxça”nı 1/4 finalda “Kayserispor”a, “Qalatasaray”ı isə “Başakşəhər”ə rəqib edib. “Sivasspor” yarımfinala vəsiqə uğrunda “Qaziantep”lə, “Trabzonspor” isə “Ankaragücü” ilə mübarizə aparacaq.
1/4 final mərhələsinin oyunları fevralın 28-dən martın 2-dək keçiriləcək.
Yarımfinalın ilk oyunları isə aprelin 4-6-da, cavab görüşləri ayın 25-27-də olacaq. Əvvəlki mərhələlərdən fərqəli olaraq, yarımfinal oyunları ev-səfər prinsipi ilə keçiriləcək.
Türkiyə kuboku
1/4 final mərhələsi
- Fənərbaxça – Kayserispor
- Sivasspor – Qaziantep
- Ankaragücü – Trabzonspor
- Qalatasaray – Başakşəhər
Yarımfinal
2-ci cütün qalibi – 1-ci cütün qalibi
4-cü cütün qalibi – 3-cü cütün qalibi
Xatırladaq ki, qardaş ölkənin dörd böyük klubundan biri olan “Beşiktaş” Türkiyə kubokunda mübarizəni 1/8 finalda dayandırıb. Sözügedən komanda “Ankaragücü” ilə səfər matçında penaltilər seriyasında uduzub (əsas vaxt 1:1, penaltilər 3:4).