Türkiyə kubokunda ikinci finalçı da İstanbul təmsilçisi oldu

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

İkinci yarımfinal görüşü “Ankaragücü” ilə “Başakşəhər” arasında baş tutub. Bu komandaların ilk oyununda İstanbul təmsilçisi 1:0 hesabıyla qalib gəlmişdi. Cavab görüşünün əsas vaxtı isə Ankara təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə yarım saata ehtiyac duyulub. Məhz əlavə vaxtda daha bir qol vuran “Başakşəhər” finala vəsiqə qazanıb.

Xatırladaq ki, ilk finalçı da “Sivasspor”u iki oyunun nəticəsinə əsasən üstələyən “Fənərbaxça” olmuşdu.

Beləliklə, Türkiyə Kubokunda final iki İstanbul təmsilçisi – “Fənərbaxça” ilə “Başakşəhər” arasında keçiriləcək. Həlledici matç iyunun 11-də keçiriləcək. “Gürsel Aksel” stadionunda baş tutacaq final görüşü Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Türkiyə Kuboku
Yarımfinalın cavab oyunları
24 may

Fənərbaxça – Sivasspor 3:0
Qol: F.Kadıoğlu, 47. Batşuayi, 58. Kinq, 85.
İlk oyun – 0:0.

25 may

Ankaragücü – Başakşəhər 2:2
Qol: Sou, 11. Xatsicovanis, 90 – S.Gürler, 61. Keni, 109.
İlk oyun – 0:1.