Futbol üzrə Türkiyə Kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Fənərbaxça” doğma meydanda “Sivasspor”la qarşılaşıb. Sivasda baş tutan ilk oyunda qapılara qol vurulmamışdı. Cavab qarşılaşmasında isə rəqibini 3 cavabsız qolla məğlub edən “Fənərbaxça” finala yüksəlib.
Digər yarımfinal görüşü sabah “Ankaragücü” ilə “Başakşəhər” arasında baş tutacaq. Bu komandaların ilk oyununda İstanbul təmsilçisi 1:0 hesabıyla qalib gəlib.
Xatırladaq ki, Türkiyə Kubokunda final qarşılaşması iyunun 1-də keçiriləcək. Qarşılaşmanın məkanı daha sonra müəyyənləşəcək.
Türkiyə Kuboku
Yarımfinalın cavab oyunları
24 may
Fənərbaxça – Sivasspor 3:0
Qol: F.Kadıoğlu, 47. Batşuayi, 58. Kinq, 85.
İlk oyun – 0:0.
25 may
21:30. Ankaragücü – Başakşəhər
İlk oyun – 0:1.