Türkiyə Kubokunda ilk yarımfinalçı: “Konyaspor”!

Bu gün futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Konyaspor” doğma meydanda qarşılaşdığı “İskenderunspor”u 3 cavabsız qolla məğlub edib. Nəticədə Konya təmsilçisi ilk yarımfinalçı olub.

Bu mərhələnin qalan oyunları aprelin 2-də və 3-də keçiriləcək. Ən maraqlı görüşlərdən biri İstanbul nəhəngləri – “Qalatasaray”la “Fənərbağça” arasında olacaq. “Trabzonspor”u isə “Bodrumspor”la oyun gözləyir.

Son oyunda digər İstanbul nəhəngi “Beşiktaş” da “Göztəpə”ni sınağa çəkəcək.

Qeyd edək ki, Türkiyə Kubokunda yarımfinal mərhələsinin oyunları aprelin 22-də, 23-də və ya 24-də baş tutacaq. Final qarşılaşması isə mayın 14-də keçiriləcək.

Türkiyə Kuboku
1/4 final
1 aprel

“Konyaspor” – “İskenderunspor” 3:0
Qollar: U.Nayir, 65. M.İbrahimoğlu, 84. Çaluşiç, 90+2.

2 aprel

18:45. “Trabzonspor” – “Bodrumspor”
21:45. “Fənərbağça” – “Qalatasaray”

3 aprel

21:30. “Beşiktaş” – “Göztəpə”