Türkiyə Kubokunda sonuncu finalçı “Trabzonspor” oldu

Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu finalçının adına “Trabzonspor” – “Göztəpə” matçında aydınlıq gəlib.

Trabzon təmsilçisi bu oyunda 2 cavabsız qolla qalib gələrək finala yüksəlib.

Daha öncə “Qalatasaray” “Konyaspor”a böyük hesabla qalib gəlməklə finala vəsiqə qazanmışdı.

Türkiyə Kubokunda cari mövsümün qalibi mayın 14-də keçiriləcək final qarşılaşmasında müəyyənləşəcək.

Türkiyə Kuboku
Yarımfinal

22 aprel

Konyaspor – Qalatasaray 1:5
Qollar: Pedrinyo, 53 – Osimhen, 26. L.Torreyra, 42. Sallai, 47; 55. Y.Demir, 90+1.

24 aprel

Trabzonspor – Göztəpə 2:0
Qollar: O.Tufan, 78. Zubkov, 89.