Bu gün futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Ankaragücü” doğma meydanda “Beşiktaş”la qarşılaşıb. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu görüşdə qapılara qol vurulmayıb.
Bu komandaların cavab qarşılaşması mayın 7-də “Beşiktaş”ın meydanında baş tutacaq.
Yarımfinalın digər görüşü sabah “Fatih Karagümrük”lə “Trabzonspor” arasında, ikincilərin meydanında keçiriləcək. Cavab qarşılaşması isə mayın 8-də İstanbulda oynanılacaq.
Qeyd edək ki, Türkiyə Kubokunda 2023/2024 mövsümünün final qarşılaşması mayın 23-də keçiriləcək.
Türkiyə Kuboku
Yarımfinalın ilk oyunları
23 aprel
Ankaragücü – Beşiktaş 0:0
24 aprel
21:30. Trabzonspor – Fatih Karagümrük