Türkiyə kubokunda yarımfinala qolsuz start

Futbol üzrə Türkiyə kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Sivasspor” doğma meydanda “Fənərbaxça” ilə qarşılaşıb. Bu komandaların ilk görüşündə qapılara qol vurulmayıb.

Yarımfinalın digər ilk görüşü sabah “Başakşəhər”lə “Ankaragücü” arasında keçiriləcək.

Xatırladaq ki, Türkiyə kubokunda yarımfinalın cavab qarşılaşmaları isə 23-25 may aralığında keçiriləcək. Həmin matçların dəqiq tarixi hələ müəyyənləşməyib.

Türkiyə kuboku
Yarımfinalın ilk oyunları
3 may

Sivasspor – Fənərbaxça 0:0

4 may

21:30. Başakşəhər – Ankaragücü

Xəbəri sosial şəbəkələrdə paylaş: