Türkiyə millisi Bakıya gəldi

AÇ-2020-nin A qrupu çərçivəsində iki oyununu Bakıda keçirəcək Türkiyə millisi Azərbaycana gəlib. Arena.az xəbər verir ki, qardaş ölkənin milli komandası az öncə ölkəmizə təşrif buyurub

Qeyd edək ki, açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması qrupdakı son iki görüşünü Bakı Olimpiya Stadionunda keçirəcək. İyunun 16-da Uelslə qarşılaşacaq Şenol Günəşin komandası, 4 gün sonra İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu gün Bakıda baş tutan ilk oyunda – Uels və İsveçrə yığmalarının görüşündə qalib müəyyənləşməyib – 1:1.