Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025 mövsümünün qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun ikinci oyun günündə A, B və C Liqaları çərçivəsində 8 qarşılaşma baş tutub.
İlk turda İtaliyaya uduzan Fransa bu dəfə Belçikanın müqavimətini qırmağa çalışıb və istəyinə inamlı qələbə ilə çatıb. İtaliyanın rəqibi isə İsrail olub. “Skuadra adzurra” ardıcıl ikinci qələbəsini rəsmiləşdirib.
Türkiyə yığmasının İslandiyanı qəbul etdiyi gündə Qazaxıstan səfərdə Sloveniya ilə üz-üzə gəlib. Türklər inamlı qələbəyə seviniblərsə, qazaxlar böyük hesabla məğlub olublar.
Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 2-ci turunun qalan oyunları sabah keçiriləcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
9 sentyabr
A Liqası, 2-ci qrup
Fransa – Belçika 2:0
Qollar: Kolo Muani, 29. Dembele, 57.
İsrail – İtaliya 1:2
Qollar: Abu Fani, 90 – Frattezi, 38. M.Kin, 62.
Xal: İtaliya – 6. Fransa – 3. Belçika – 3. İsrail – 0.
B Liqası, 3-cü qrup
Norveç – Avstriya 2:1
Qollar: Myure, 9. Haland, 80 – Zabitser, 37.
Sloveniya – Qazaxıstan 3:0
Qollar: Şeşko, 23; 28; 63.
Xal: Sloveniya – 4. Norveç – 4. Avstriya – 1. Qazaxıstan – 1.
B Liqası, 4-cü qrup
Türkiyə – İslandiya 3:1
Qollar: K.Aktürkoğlu, 2; 52; 88 – Palsson, 37.
Monteneqro – Uels 1:2
Qollar: Kamaj, 73 – Mur, 1. Uilson, 3.
Xal: Türkiyə – 4. Uels – 4. İslandiya – 3. Monteneqro – 0.
C Liqası, 2-ci qrup
Kipr – Kosovo 0:4
Qollar: Muriqi, 9; 21. Rrahmani, 48. Dellova, 55.
Rumıniya – Litva 3:1
Qollar: Mihaila, 4. Marin, 87-pen. Mitrita, 90+2 – Kuçis, 34.
Xal: Rumıniya – 6. Kosovo – 3. Kipr – 3. Litva – 0.


