Futbol üzrə Türkiyə millisinin AÇ-2020 üçün yekun heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, yığmanın baş məşqçisi Şenol Günəş 26 futbolçuya dəvət göndərib:
Qapıçılar: Mərt Günok (“Başakşəhər”), Uğurcan Çakır (“Trabzonspor”), Altay Bayındır (“Fənərbaxça”);
Müdafiəçilər: Zeki Çelik (“Lill”, Fransa), Mərt Müldür, Kaan Ayhan ( hər ikisi “Sassuolo”, İtaliya), Merih Demiral (“Yuventus”, İtaliya), Ozan Kabak (“Liverpul”, İngiltərə), Çağlar Söyüncü (“Lester Siti”, İngiltərə), Umut Meraş (“Havr”, Fransa), Rıdvan Yılmaz (“Beşiktaş”);
Yarımmüdafiəçilər: Okay Yokuşlu (“Vest Bromviç”, İngiltərə), Taylan Antalyalı (“Qalatasaray”), Dorukhan Toköz (“Beşiktaş”), Ozan Tufan, İrfan Can Kahveci (hər ikisi “Fənərbaxça”), Orkun Kökçü (“Feyenoord”, Niderland), Yusuf Yazıcı (“Lill”, Fransa), Hakan Çalhanoğlu (“Milan”, İtaliya);
Hücumçular: Cengiz Ünder (“Lester Siti”, İngiltərə), Abdülkadir Ömür (“Trabzonspor”), Kerem Aktürkoğlu, Halil İbrahim Dervişoğlu (hər ikisi “Qalatasaray”), Burak Yılmaz (“Lill”, Fransa), Enes Ünal (“Xetafe”, İspaniya), Kenan Karaman (“Fortuna”, Almaniya).
AÇ-2020 11 iyun – 11 iyul aralığında keçiriləcək. Türkiyə yığması turnirdə İtaliya, Uels və İsveçrə ilə qarşılaşacaq.
AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına ev sahibliyi edəcək. 1/4 final mərhələsinin bir oyunu da Bakıda təşkil olunacaq.
