Türkiyə millisinin gənclərdən ibarət ən dəyərli 11 futbolçusu

Son zamanlar gənc ulduzları ilə gündəmə gələn Türkiyə millisinin 20 yaşını tamamlamamış ən dəyərli 11 oyunçusunun siyahısı açıqlanıb.

Arena.az xəbər verir ki, siyahıda yer almış 11 oyunçunun ümumi dəyəri 76 milyon avro təşkil edir.

Beləliklə, Türkiyə millisinin gənclərdən ibarət ən dəyərli oyunçuları bunlardır:

Qapıçı: Onuralp Çevikkan (18 yaş, “Trabzonspor”) – 700 min avro;

Sağ cinah müdafiəçisi: Ayberk Karapo (19 yaş, “Manisa”) – 1,3 milyon avro;

Mərkəz müdafiəçisi: Emir Ortakaya (19 yaş, “Fənərbaxça”) – 1,5 milyon avro;

Mərkəz müdafiəçisi: Yasin Özcan (17 yaş, “Kasımpaşa”) – 4,5 milyon avro;

Sol cinah müdafiəçisi: Berkay Yılmaz (19 yaş, “Frayburq”) – 500 min avro;

Yarımmüdafiəçi: Emirhan İlkhan (19 yaş, “Torino”) – 3 milyon avro;

Yarımmüdafiəçi: Yunus Emre Konak (18 yaş, “Brentford”) – 3,5 milyon avro;

Yarımmüdafiəçi: Arda Gülər (19 yaş, “Real”) – 15 milyon avro;

Hücumçu: Semih Kılıçsoy (18 yaş, “Beşiktaş”) – 8 milyon avro;

Hücumçu: Kənan Yıldız (18 yaş, “Yuventus”) – 30 milyon avro;

Hücumçu: Can Uzun (18 yaş, “Nürnberq”) – 8 milyon avro.

Bahar Rüstəmzadə