Futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, “ay-ulduzlular”ı bundan sonra Ştefan Kunts çalışdıracaq.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə yeni baş məşqçi ilə sabah rəsmi müqavilə imzalanacağı diqqətə çatdırılıb.
Almaniyadan olan məşqçi bu postda bir müddət öncə istefa verən Şenol Günəşi əvəz edəcək. Ştefan Kunts yeni təyinatla əlaqədar çalışdırdığı Almaniyanın U-23 yığmasındakı işindən ayrılmalı olub. O, bu ildən sözügedən komandaya rəhbərlik edirdi. 58 yaşlı mütəxəssis 2016-cı ildən isə Almaniyanın U-21 yığmasını çalışdırırdı. Kunts daha öncə “Ahlen”, “Valdhof”, “Karlsrue”, “Borussiya” (Noynkirhen) kimi kollektivlərə də rəhbərlik edib.