Türkiyə Futbol Federasiyası (TFF) Türkiyə Super Liqasında legioner limitinin dəyişdirilməsi haqqında qərar qəbul edib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni qərara əsasən, 2024/2025 mövsümündən etibarən klubların transfer etdikləri əcnəbi futbolçu sayı 14-dən 12-yə endiriləcək. Limit üç mövsüm bu qaydada tətbiq edildikdən sonra say 11-ə düşəcək. Ancaq oyun günü iştirak ərizəsində limit tətbiq edilməyəcək.
Bundan başqa, əsas komandanın mövsümlük iştirak ərizəsində oyunçu sayı 30-dan 26-ya endiriləcək.
Xatırladaq ki, Türkiyə Super Liqasında komandalar matçların start heyətində maksimum 8 əcnəbi oynada bilirlər.