Türkiyə Futbol Federasiyası (TFF) növbəti iki mövsüm üçün Türkiyə Super Liqasında meydana çıxacaq legioner sayını təsdiqləyib.
Arena.az xəbər verir ki, 2025/2026-ci illər mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 əcnəbi futbolçu daxil edə biləcəklər.
Əvvəlki illərdən fərqli olaraq, TFF bu dəfə yaş limiti tətbiq edib. Qaydaya görə, ilk mövsümdə 14 futbolçudan ikisinin yaşı 01.01.2003 tarixindən daha gənc olmalıdır. Bu rəqəm 2026/2027-ci illər mövsümündən etibarən 4-ə yüksələcək.
Qeyd edək ki, hazırda da Türkiyə Super Liqasında əcnəbi oyunçularla bağlı limit 14-ə bərabərdir. Sadəcə, klublar bunlardan 12-ni oyun heyətinə cəlb etmək hüququna malikdilər.