Türkiyə Super Liqasında meydan sahiblərinin günü

Futbol üzrə Türkiyə Super Liqasında 4-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Tura “Fatih Karagümrük” – “Adana Dəmirspor” və “Konyaspor” – “Altay” matçlarıyla start verilib. İtaliyalı Vinçentso Montellaya tapşırılan Adana təmsilçisi, yeni baş məşqçisinin debüt matçında 4 cavabsız qola üzülüb. Konyadakı matçda da meydan sahibləri inamlı qələbəyə seviniblər.

Son çempion “Beşiktaş” bu turda doğma meydanda “Yeni Malatyaspor”u qəbul edib və 3 cavabsız qolla qalib gəlib. “Kayserispor” isə “Kasımpaşa”nı məğlub yola salıb.

Türkiyə Super Liqası
4-cü tur
11 sentyabr

Fatih Karagümrük – Adana Dəmirspor 4:0
Qol: Peşiç, 14; 21. Bertolaççi, 58. Karamo, 79.

Konyaspor – Altay 3:1
Qol: S.Dikmen, 7. A.Bardakçı, 20. Rahmanoviç, 83 – Rayan, 90+2.

Beşiktaş – Yeni Malatyaspor 3:0
Qol: Batşuayi, 7; 52. Nkudu, 10.

Kayserispor – Kasımpaşa 2:0
Qol: Mensah, 33. M.Kardozo, 90+2.

12 sentyabr

18:00 Fənərbaxça – Sivasspor
18:00 Rizəspor – Hatayspor
21:00 Trabzonspor – Qalatasaray
21:00 Göztəpə – Başakşəhər

13 sentyabr

21:00 Qaziantep – Antalyaspor
21:00 Alanyaspor – Girəsunspor