Futbol üzrə Türkiyə Super Liqasında 2022/23 mövsümünün püşkü atılıb. Arena.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 19 klubun iştirak edəcəyi çempionat 5, 6, 7 və 8 avqustda keçiriləcək matçlarla başlayacaq.
İlk turda bu komandalar üz-üzə gələcək:
Antalyaspor – Qalatasaray
Karagümrük – Alanyaspor
Beşiktaş – Kayserispor
Sivasspor – Qaziantep
Ankaragücü – Konyaspor
Başakşəhər – Kasımpaşa
İstanbulspor – Trabzonspor
Fənərbaxça – Ümraniyəspor
Girəsunspor – Adana Dəmirspor
Mövsümün açılış turunda “Hatayspor” komandası oynamayacaq. Ümumiyyətlə, hər turda bir komanda məcburi istirahət etməli olacaq.
Bu ilin 21 noyabrından 18 dekabrına qədər Qətərdə keçiriləcək dünya çempionatı ilə əlaqədar, 13 noyabrdan 23 dekabra qədər Türkiyə Super Liqasında da fasilə yaranacaq.
Türkiyə futbolu azarkeşlərinin daha böyük maraqla gözlədiyi və dörd böyük klubun iştirakçısı olduğu derbilərin də hansı turlara təsadüf edəcəyi artıq bəllidir. “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” və “Trabzonspor” klublarının bir-biri ilə üz-üzə gələcəyi turların siyahısını təqdim edirik:
▪️ 4-cü tur: Trabzonspor – Qalatasaray
▪️ 8-ci tur: Beşiktaş – Fənərbaxça
▪️ 10-cu tur: Beşiktaş – Trabzonspor
▪️ 13-cü tur: Qalatasaray – Beşiktaş
▪️ 15-ci tur: Trabzonspor – Fənərbaxça
▪️ 18-ci tur: Fənərbaxça – Qalatasaray
▪️ 23-cü tur: Qalatasaray – Trabzonspor
▪️ 27-ci tur: Fənərbaxça – Beşiktaş
▪️ 29-cu tur: Trabzonspor – Beşiktaş
▪️ 32-ci tur: Beşiktaş – Qalatasaray
▪️ 34-cü tur: Fənərbaxça – Trabzonspor
▪️ 37-ci tur: Qalatasaray – Fənərbaxça
Super Liqada 2022/23 mövsümünə gələn il mayın 28-də yekun vurulacaq.


