Türkiyə Super Liqasında yeni mövsümün püşkü atıldı

Futbol üzrə Türkiyə Super Liqasında 2021/22 mövsümünün püşkü atılıb. Arena.az xəbər verir ki, Türkiyə çempionatında növbəti mövsümə avqustun 13-də start veriləcək.

Son çempion “Beşiktaş” yeni mövsümə doğma meydanda üz-üzə gələcəyi “Rizəspor” ilə oyunla start verəcək. Digər nəhənglərdən “Qalatasaray” ilk turda “Girəsunspor”un, “Fənərbaxça” isə “Adana Dəmirspor”un qonağı olacaq.

İlk dövrəyə dekabrın 27-də yekun vurulacaq. İkinci dövrəsi yanvarın 7-də başlayacaq Super Liqada 2021/22 mövsümü mayın 22-də yekunlaşacaq.

Super Liqanın yeni mövsümünün ilk turunda qarşılaşacaq komandalar:

Türkiyə Super Liqası
1-ci tur

Girəsunspor – Qalatasaray
Fatih Karagümrük – Qaziantep
Beşiktaş – Rizəspor
Yeni Malatyaspor – Trabzonspor
Antalyaspor – Göztəpə
Sivasspor – Konyaspor
Adana Dəmirspor – Fənərbaxça
Başakşəhər – Alanyaspor
Altay – Kayserispor
Hatayspor – Kasımpaşa

Türkiyə Super Liqasında yeni mövsüm ərzində baş tutacaq derbilərin də hansı turlara təsadüf edəcəyi bəllidir. İlk derbi 4-cü tura təsadüf edəcək:

4 tur: Trabzonspor – Qalatasaray

9-cu tur: Trabzonspor – Fənərbaxça

10-cu tur: Beşiktaş – Qalatasaray

12-ci tur: Beşiktaş – Trabzonspor

13-cü tur: Qalatasaray – Fənərbaxça

17-ci tur: Fənərbaxça – Beşiktaş