Turun ilk matçı heç-heçə bitdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turnir cədvəlinin 16-cı sırasında qərarlaşan “Nyukasl” komandası doğma meydanda “Aston Villa”nın müqavimətini qırmağa çalışıb. Lakin tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

İngiltərə Premyer Liqası
28-ci tur
12 mart

Nyukasl – Aston Villa 1:1
Qol: Lassells, 90+4 – Uotkins, 86.

13 mart

16:30 Lids – Çelsi
19:00 Kristal Pelas – Vest Bromviç
21:30 Everton – Bernli
00:00 Fulhem – Mançester Siti

14 mart

16:00 Sauthempton – Brayton
18:00 Lester – Şeffild Yunayted
20:30 Arsenal – Tottenhem
23:15 Mançester Yunayted – Vest Hem

15 mart

00:00 Vulverhempton – Liverpul