“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqasının 23-cü turunda “Leypsiq” üzərində qazanılmış qələbəni (2:1) şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Birinci hissədə çox yaxşı oynadıq, amma önə keçə bilmədik. İkinci hissə kifayət qədər çətin keçdi. “Leypsiq” yüksəlişdə olanda hesabı açdıq. Rəqib hesabı bərabərləşdirdikdən sonra isə yaxşı cavab verə bildik. Ümumilikdə bu, layiqli qələbə idi. Bugünkü qələbə oyunçular üçün yaxşıdır, klubda bizim hamımız üçün yaxşıdır”, deyə Tuxel vurğulayıb.
23 turdan sonra “Bayern” 53 xalla Bundesliqanın turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Leypsiq” isə 40 xalla 5-ci pillədədir. Bundesliqaya 61 xalla Xabi Alonsonun “Bayer”i başçılıq edir.


