Tuxel: “İnanılmaz görünsə də, “Arsenal”ı məğlub edə bilərik”

“Bayern”in baş məşqçisi Tomas Tuxel münhenlilərin ÇL-in 1/4 finalının ilk oyununda “Arsenal”a qarşı imkanlarını dəyərləndirib.

Arena.az ESPN portalına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu gün inanmaq çətin olsa da, “Arsenal”ı məğlub etməyə qadirik. Qısa müddət ərzində çox fərqli səviyyəli oyunlar keçirdik. Deməli, bu, bizim ilk dönüşümüz olmayacaq”, deyə Münhen təmsilçisinin çalışdırıcısı əminliklə bildirib.

Vurğuayaq ki, Tomas Tuxel cari mövsümün bitməsi ilə “Bayern”in sükanı arxasından gedəcəyini açıqlayıb. Buna baxmayaraq, o, münhenliləri qələbəyə daşımağa iddialıdır.

“Arsenal” və “Bayern” arasında Çempionlar Liqasının ilk 1/4 final oyunu aprelin 9-da Londonda baş tutacaq. Bu komandalar arasındakı cavab oyunu isə aprelin 17-də Münhendə keçiriləcək.