Tuxel “Latsio” ilə ÇL oyunu ərəfəsində inamla danışdı

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 finalında “Latsio” ilə cavab oyunu ərəfəsində açıqlama verib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Uzun müddətdir ki, eniş-yoxuşlarımız olub, ona görə də ola bilsin ki, “Latsio” ilə oyunda ən yaxşı oyunumuzu göstərək. Biz daha yaxşı nəticə əldə etməliyik, bunun üçün intizamlı olmalıyıq və plana riayət etməyə hazır olmalıyıq. Hazırlaşacağıq, nikbin olacağıq, sonra isə nəticə əldə etməli olacağıq”, deyə Tuxel cavab oyununda komandasından mütləq qələbə gözlədiyini başa düşməyə əsas verib.

Xatırladaq ki, ilk oyunda “Latsio” Romada “Bayern”i gözlənilmədən 1:0 hesabı ilə məğlub etmişdi.

Cavab oyunu martın 5-də Münhendəki “Alyans Arena”da baş tutacaq. Hakimin başlanğıc fiti Bakı vaxtı ilə 00:00-da (6 mart) səslənəcək.