“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real”la ilk oyunu haqda fikirlərini paylaşıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Yarımfinal artıq azacıq finala bənzəyir. Mənim yanaşmam heyəti finaldakı kimi qurmaqdır. Dörd zədəli oyunçu çox güman ki, çoxdur, xüsusən də mövsümün qalan hissəsində oynaya bilməyəcəklərini bildiyimiz zaman. Ancaq zədələr fərqlidir. Azadlığımız var və sabah hər şeyimizi verəcəyik, orada isə görəcəyik.
Biz “Uembli”yə gəlib orada qalib gəlmək istəyirik. Biz hazırıq, öz imkanlarımıza çox güvənirik. “Arsenal”ı məğlub etmək vacib idi. İndi növbəti mərhələ “Real”la oyundur. Rəqabətəqadir olmaq və “Uembli”yə çatmaq istəyirik. Sabaha diqqət yetirmək və yaxşı hazırlaşmaq gərəkdir.
Bizə taktika və uğur gərəkdir. Bizə yaxşı qarışıq, yaxşı tarazlıq gərkdir. Oyunçular plan və fikir görmək istəyirlər, eyni zamanda onlara azadlıq da gərəkdir. Bununla belə, oyunda bəxt də lazımdır. “Real”ı məğlub etmək istəyirsinizsə, bütün bu dəstə ehtiyac var”, deyə Tomas Tuxel bildirib.
Çempionlar Liqasının yarımfinalı çərçivəsində “Bayern” və “Real” arasında ilk oyun bu gün, aprelin 30-da Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə mayın 8-də Madriddə baş tutacaq.


