“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Latsio”ya səfər məğlubiyyətini (0:1) şərh edib.
Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Məğlubiyyətə görə üzgün və qəzəbliyik. Düşünürəm ki, oyunu uduzduq, amma “Latsio”nun qalib gəldiyinə əmin deyiləm. İkinci hissədə inamı niyə itirdiyimizi bilmirəm. Bunu izah edə bilmərəm, çünki komandaya tezliyi saxlamağı və irəlidə daha da cəsarətli olmağı söylədik, amma hissənin əvvəlində simamızı itirmiş kimi olduq.
Güvənə biləcəklərimiz var. Birinci hissədə yaxşı imkanlar yaratdıq, amma sonda hədəfə bir dənə də olsun zərbə endirmədik. Aydın məsələdir ki, belə oyunda qalib gəlmək mümkün deyil. Bununla belə, cavab oyunumuz var”, deyə Tuxel bildirib.
Martın 5-də Münhendə “Bayern” cavab görüşü cərçivəsində “Latsio” ilə həlledici oyuna çıxacaq.


