“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının 9-cu turunun “İnter”lə səfər oyununda məhsuldar heç-heçəni (4:4) edib.
Arena.az “Yuventus”un mətbuat xidmətinə istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu, çox mürəkkəb vəziyyətlərin olduğu bir oyun idi, amma həqiqətən çətin olacaq qədər görünəndə, biz dördüncü qoldan sonra belə, oyunda qala bildik. Biz hər şeyi ətraflı təhlil etməliyik. O qədər hadisələr baş verib və heç də hamısı müsbət olaraq deyil. Biz hər şeyi təkmilləşdirə bilərik, hər oyun fərqli bir hekayədir.
Məsələn, biz bu gün müdafiədə çox zərər çəkdik, əvvəl, A Seriyasının bütün mövsümü ərzində yalnız bir qol buraxmışdıq, bu isə “İnter”in gücü və keyfiyyətindən xəbər verir. Digər tərəfdən, hücumda həmişə açıq olan və hər iki komandaya çoxlu fürsət verən oyunda həmişə təhlükəli idik. Formada olan oyunçularımız var, məsələn, sol cinahda – Konseysau və Kambyazo, eləcə də bu gün özünü çox yaxşı göstərmiş Makkenni. Həm də müdafiədə yaxşı oynaya bilən və faydalı ola biləcək çoxlu oyunçularımız var. Hər şey onların hər birinin səmərəsindən və idman formasından asılıdır”, deyə Tyaqo Motta vurğulayıb.
9 turdan sonra 18 xal toplamış “İnter” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Yuventus” isə 17 xalla 3-cü pillədədir. İtaliya A Seriyasına 22 xalla “Napoli” başçılıq edir.