Tyaqo Pinto da finaldakı hakimliyə irad tutdu

Roma”nın idman direktoru Tyaqo Pinto Avropa Liqasının finalında “Sevilya” ilə qarşılaşdıqları oyunun hakimlik səviyyəsindən narazılıq edib.

Arena.az “Football Italia”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bunları söyləyib:

“Biz Romada oturub “Sevilya”nın ləyaqətinə şübhə etmək istəmirik və rəqiblərimizə qarşı möhtəşəm final oynadığımıza inanırıq. Müvafiq halları qızğın vaxtda şərh etmək vərdişimiz yoxdur. Amma bu gün həm açıq-aşkar, həm də az aşkar olan hadisələri təhlil etdik. Hakimliyin intizam baxımından tarazlaşdırılmadığı görünür.

Fernandonun əllə oyuna görə təyin edilməmiş penalti hər kəsə bəllidir. Amma məyusluğumuz yalnız bu hadisə ilə bağlı deyil. Belə məqamlar arasında Nemanya Matiçin Lukas Okamposa baş zərbəsi vurduğu üçün sarı vərəqə alması da var ki, bu halda toxunuş demək olar, təsadüfi idi. Bu məqam xəbərdarlığa dəyərsə, o zaman Lamelanın dirsəyi heç şübhəsiz ki, qırmızı vərəqə olmalı idi. Çünki futbolçumuzun dodağında yarıq var idi”.

Xatırladaq ki, “Sevilya” “Roma”nı əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitmiş oyunun penaltilər seriyasında 4:1 hesabı ilə məğlub edərək, yeddiqat Avropa Liqası çempionu adını rəsmiləşdirib. “Sevilya” buna qədər iştirak etdiyi bütün finallardan qalib ayrılıb (2006, 2007, 2014, 2015, 2016, 2020, 2023).

Vurğulayaq ki, daha öncə “Roma”nın baş məşqçisi Joze Mourinyo da final oyununda hakimliyi sərt tənqid etməkdən çəkinməmişdi.