Tyaqo Santos 6,5 milyon avroya “Lill”ə keçdi

Portuqaliyanın “Eştoril” klubunun sağ cinah müdafiəçisi Tyaqo Santos Liqa 1-də (Fransa) mübarizə aparan “Lill”ə transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 20 yaşlı portuqal futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. “Lill” onun transferi üçün “Eştoril”ə 6,5 milyon avro ödəyib.

Tyaqonun yeni komandasında 22 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

Tyaqo Santos peşəkar karyerasına məhz “Eştoril”də başlayıb. Gənc müdafiəçi bu klubun əsas komandasında 34 oyuna çıxıb, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: