Tyaqo Santos üçün mövsüm erkən başa çatdı

Fransann “Lill” klubunun portuqaliyalı sağ cinah müdafiəçisi Tyaqo Santos ağır zədə aldığı üçün cari mövsümü erkən başa vurub.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı müdafiəçidə çarpaz bağının qopması aşkarlanıb. O, bu yaxınlarda əməliyyat olunacaq və gələn mövsümə qədər yaşıl meydanlardan kənarda qalacaq.

Tyaqo Santos Portuqaliyanın “Sportinq” klubunun yetirməsi olsa da, peşəkar karyerasına “Eştoril”də başlayıb. “Lill” gənc müdafiəçini 2023-cü ilin iyul ayında 6,5 milyon avro qarşılığında məhz “Eştoril”dən transfer edib. O, Liqa 1 təmsilçisinin heyətində cari mövsümdə 13 oyuna çıxıb və 2 məhsuldar ötürmə müəllifi olub. Santosun “Lill”in heyətindəki ümumi göstəriciləri isə belədir: 56 oyun, 3 qol və 4 assist.

Tyaqo Portuqaliyanın U-21 yığmasının heyətində oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: