Tyaqo Silva “Zirə”dən getdi – Rəsmi

“Zirə”nin Portuqaliyadan olan 26 yaşlı qapıçısı Tyaqo Silva (tam adı Tyaqo Fernando Penela Silva) Azərbaycan klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qartallar” təcrübəli qapıçıya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıblar.

Xatırladaq ki, Tyaqo Silva 2023-cü ilin iyul ayından “Zirə”nin formasını geyinirdi. Portuqal qolkiper Azərbaycan komandasında bütövlükdə 189 oyuna çıxıb, 77 qol buraxıb, 37 “quru” matç keçirib.

Portuqaliyanın “Trofense” klubundan “Zirə”yə gəlmiş Tyaqo karyerası ərzində “Vitoriya” (Gimaraynş) və “Leyşoyş” klublarının da formasını geyinib. O, Portuqaliyanın U-15, U-16, U-18 və U-19 yığmalarında da çıxış edib.

“Zirə” daha öncə Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels və Rüfət Abdullazadə ilə də yollarını ayırdığını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: