U-15 millimiz İnkişaf turnirindəki ilk sınağında Belarusa uduzdu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-15) Belarusda təşkil olunmuş UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

Arena.az xəbər verir ki, millimiz Minsk şəhərində keçirilən turnirin ilk matçında Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

ABFF Təlim-Məşq Mərkəzində təşkil olunmuş görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 90+5-ci dəqiqədə penaltidən Əli Bəşirov vurub.

U-15 millimiz turnir çərçivəsində növbəti oyununu oktyabrın 1-də Rusiya yığmasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. Oktyabrın 4-də isə yığmamız Qazaxıstan seçməsi ilə üz-üzə gələcək. Bu oyunun start fiti saat 17:00-da səslənəcək.