15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) sentyabrın 25-26-da Bakıda təlim-məşq toplanışı keçəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Millimiz sentyabrın 27-dən oktyabrın 5-nə qədər Belarusun paytaxtı Minskdə UEFA İnkişaf Turnirində iştirak edəcək.
U-15 yığmamız Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Belarus, Rusiya və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.
Millimizə dəvət olunmuş futbolçuların adlarını və oyunların təqvimini diqqətinizə çatdırırıq:
- Bilal Hacıyev – Qarabağ
- Murad Quluzadə – Sabah
- Uğur Qurbanlı – Qarabağ
- Vaqif Nəbiyev – Qarabağ
- Ömər Fətəliyev – Qarabağ
- Roman Fərzəli – Qarabağ
- Əbubəkir Abdullayev – Sabah
- Vaqif Məmmədli – Sabah
- Cəfər Cəfərzadə – Sabah
- Nihad Hüseynzadə – Sabah
- Nazim Əliyev – Srvena Zvezda
- Rəşad Şirməmmədli – Neftçi
- Firdovsi Şeydayev – Sabah
- Əli Bəşirov – Qarabağ
- Xəzər Hüseynzadə – Sabah
- Cavidan Əlizadə – Qarabağ
- Tunar Əsgərzadə – Sumqayıt
- Daniel Rəcəbov – Qarabağ
- Rəvan Məmmədov – Sabah
- Ömər Kosayev – Sumqayıt
- Oqtay Mehrəliyev – Qarabağ
- Hüseyn Mehralızadə – Sumqayıt
- Arda Əzizli – Qarabağ
29 sentyabr
19:00. Belarus – Azərbaycan
1 oktyabr
16:00. Azərbaycan – Rusiya
4 oktyabr
17:00. Azərbaycan – Qazaxıstan
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.