15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-15) Belarusda təşkil olunmuş UEFA İnkişaf Turnirində bu gün növbəti sınağına çıxıb.
Arena.az xəbər verir ki, millimiz Minsk şəhərində keçirilən turnirin ikinci matçında Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
ABFF Təlim-Məşq Mərkəzində təşkil olunmuş görüş Rusiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.
U-15 millimiz bu turnir çərçivəsində keçirdiyi ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olmuşdu. Millimiz son matçını oktyabrın 4-də Qazaxıstan yığmasına qarşı keçirəcək. Bu oyunun start fiti saat 17:00-da səslənəcək.